Rusiya millisinin baş məşqçisi intihar etdi
Qadın voleybolçulardan ibarət Rusiya yığmasının və Moskva “Dinamo”sunun baş məşqçisi Sergey Ovçinnikov vəfat edib. İdman.com.az saytının məlumatına görə, 9 gündür Xorvatiyada təlim-məşq toplanışında olan 44 yaşlı mütəxəssisin müəmmalı ölümü ilə bağlı artıq müxtəlif versiyalar yayılıb.

Belə ki, yığmanın sabiq baş məşqçisi Vladimir Kuzyutkin xələfinin intihar etdiyini açıqlayıb.

“Dinamo” rəhbərliyi, həmçinin klubun Xorvatiya səfərinin təşkilatçısı olan şirkət isə ölümün səbəbini yalnız həkim rəyindən sonra bilinəcəyini deyiblər. Ovçinnikovun son vaxtlar başağrısından əziyyət çəkdiyi də iddia olunur.

Qeyd edək ki, ötən ilin dekabrından Rusiya millisində çalışan mərhum məşqçi London Olimpiadasının 1/4 finalında Braziliyaya uduzmuşdu. “Dinamo” ilə ölkə çempionatında gümüş medal qazanan Ovçinnikov komandasını Çempionlar Liqasının oyunlarına hazırlayırdı ki, orada da Azərbaycan klubu “Lokomotiv”lə eyni qrupda yer almışdı.

Xəbər 1014 dəfə oxundu.