Rumıniya kubokunun IV mərhələsində qeyri-adi hadisə baş verib | |
Rumıniya kubokunun IV mərhələsində qeyri-adi hadisə baş verib. “Berçeni” və “Buftea” klublarının oyununda nadir futbol hesabı qeydə alınıb. Belə ki, III liqada mübarizə aparan “Berçeni” II dəstə təmsilçisi olan rəqibini meydana çıxmağa peşman edib – 31:0. İlk yarıda 12 qol vuran meydan sahibləri fasilədən sonra daha da coşublar. Hesabın belə olması “Buftea” futbolçularının oyuna çıxmaqdan imtina etməsi ilə bağlıdır. II liqa təmsilçisi bu üzdən matça 18-19 yaşlılardan ibarət oyunçuları ilə çıxıb. Oyundan sonra “Berçeni”nin prezidenti Ştefan Stana matç haqda fikirlərini açıqlayıb: “Biz II liqa komandası ilə oyuna hazırlaşmışdıq. Onların əsas heyətinin meydana çıxmaması bizim günahımız deyil. İndi mən özüm hesabı dilimə gətirməyə xəcalət çəkirəm”. |
|
Xəbər 930 dəfə oxundu. |
|
|