“Neftçi” Cənubi Kiprə yollanıb
Azərbaycanın avrokuboklardakı tək təmsilçisi “Neftçi” Cənubi Kiprə yollanıb. Avropa Liqasının play-off mərhələsində APOEL-in qonağı olacaq komandamız bu gün səhər saatlarında Bakını Heydər Əliyev adına beynəlxalq hava limanından çarter reysi ilə tərk edib.
Bakıdan Larnakaya uçan “Neftçi” ordan oyunun keçiriləcəyi Nikosiya şəhərinə avtobusla gedib. Bakı klubunun bu gün Cənubi Kipr şəhərində oyundan öncə son məşqi baş tutacaq. Hazırlıq prosesi matçın keçiriləcəyi “GSP Arena”da baş tutacaq və Bakı vaxtı ilə saat 22.00-da başlayacaq. Bundan öncə isə “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin mətbuat konfransı keçiriləcək.

Xəbər 786 dəfə oxundu.