Mahmud Qurbanov heyətdə islahatlar aparmağa davam edir
“Kəpəz”in yeni baş məşqçisi Mahmud Qurbanov heyətdə islahatlar aparmağa davam edir. Gəldiyi gündən bəri əsasən gənc futbolçulara güvənən gənc çalışdırıcı indi də komandanın kapitanı Əli İsmayılovdan imtina edib.
İş ondadı ki, mövsümün əvvəlində “Kəpəz” klubu bu futbolçuya kapitanlıq vermişdi. Amma az sonra Əlinin komandadakı nüfuzu aşağı düşdü. “Bakı”ya qarşı oyunda kapitanlığı yenidən Azər Məmmədova qaytaran Qurbanovun oyun üslubuna İsmayılov ümumiyyətlə uyğun deyil. Artıq futbolçuya yeni komanda tapması barədə göstəriş də verilib.
Futbolçu özü də xəbəri təsdiqləyib: “Mahmud Qurbanov mənə hələ heç nə deməyib. Sadəcə, köməkçisi Mehman Hacıyev əlaqə saxlayaraq, özümə yeni klub tapmağı bildirdi. Sözsüz ki, bu, mənə qarşı hörmətsizlidki. Transfer pəncərəsinin bağlanmasına günlər qalmış belə addım atmaq peşəkarkluba yaraşmaz. Gedib klub rəhbərliyi ilə danışacam. Belə məqamda özümə qarşı bu addımı hörmətsizlik hesab edirəm”.

Xəbər 835 dəfə oxundu.