Rail Məlikov baş məşqçisini haradan tanıyıb?
“Dənizlispor”un baş məşqçisi Əngin İpəkoğlu yeni transferi olan azərbaycanlı futbolçu Rail Məlikovu yaxşı tanıyır. İdman.com. az saytı apasport.az-a istinadən xəbər verir ki, 51 yaşlı türkiyəli mütəxəssis sağ cinah müdafiəçisini millilərin rəsmi oyunundan tanıyaraq, ona hətta rəqib olub. Məsələ ondadır ki, İpəkoğlu hollandiyalı Qus Hiddink Türkiyə yığmasını çalışdıranda, qapıçılarla işləyən məşqçi kimi onun köməkçilərindən biri olub. Qardaş ölkənin yığması isə həmin vaxt millimizlə seçmə mərhələdə bir qrupda yer alıb.

Türklər 2010-cu ilin oktyabrında Bakıda 0:1 hesabı ilə matçda Rail oynasa da, hələ fasiləyə kimi Tuncay Şanlı ilə mübarizədə zədələndiyi üçün əvəzlənməli olub. Zədəsi ciddi olan müdafiəçinin ayağı bir müddət gipsdə qaldığından, 3 həftə oynamayıb, yığmadan da ayrı düşüb. Türkiyə millimizə ötən ilin oktyabrında evdə 1:0 hesabı ilə qalib gəldiyi zamanı isə İpəkoğlu yığmada olsa da, Məlikov həmin matçda iştirak etməyib.

Qeyd edək ki, yaxında “Dənizlispor”un baş məşqçisi təyin olunan İpəkoğlu qapıçı kimi Türkiyənin böyük klublarından “Fənərbağça” və “Beşikdaş”da oynayıb. O, yığmada 32 oyun keçirib.

Xəbər 1105 dəfə oxundu.