“Simurq” da Tiflisə yollanacaq
Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədə Gürcüstana yollanacaq “Simurq”un qonşu ölkədə qalacağı məkan müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, bu gün Zaqatalada bir araya gələcək komanda oradan Tiflis şəhərinə yola düşəcək.

“Sarı-qaralar” sentyabrın 9-na qədər qonşu ölkədə təlim-məşq toplanışı keçirəcək. "Kopala" otelindən məskunlaşacaq Georgi Çixradzenin komandası buradakı təlim-məşq toplanışı çərçivəsində 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. Lakin hələ ki, rəqiblərin kim olacağı məlum deyil.

Qeyd edək ki, “Simurq”dan öncə “İnter” klubu təlim-məşq məqsədi ilə Gürcüstan paytaxtına yollanacağını elan etmişdi.

Xəbər 1377 dəfə oxundu.