İsrail yığmasının problemləri davam edir
Azərbaycan millisinin 2014-cü il dünya çempionatının seçmə mərhələsində ilk rəqibi olan İsrail yığmasının problemləri davam edir. Belçikanın “Standard” klubunda oynayan Rami Qerşonun ardınca daha bir müdafiəçi zədələnib. Bu, Şotlandiya “Seltik”ində top qovan Beram Kayaldır. Onun yaşıl meydana dönüşü ən azı 1 aydan sonraya təsadüf edəcək.

Millimiz isə İsraillə sentyabrın 7-də Bakıda qarşılaşacaq.

Xəbər 795 dəfə oxundu.