Əsgər Abdullayev 5 futbolçunu qovub
Turan” Premyer Liqanın ötən turunda "İnter"ə evdə 2:3 hesabı ilə uduzduğu oyundan sonra “təmizləmə əməliyyatı”na başlayıb. Komandanın baş məşqçisi Əsgər Abdullayev 5 futbolçunu qovub.

Maraqlı məqam ondan ibarətdir ki, onlardan biri Abdullayevin ən sevimli futbolçularına biri, “Bakı” və “Olimpik”də də rəhbərliyi altında oynayan gürcü yarımmüdafiəçi Aleksandr Qoqoberişvili olub. Komandaya cəmi 1 həftə öncə qayıdan Qoqoberişvilinin budəfəki Azərbaycan sərgüzəşti uzun çəkməyib. Onunla yanaşı, həmyerliləri Qoqi Pipia və Levan Çxetiani, eləcə də Bayram Kərimovla Hüseyn İsgəndərova qapı göstərilib. Qovulanlar son matçda zəif çıxış etməkdə günahlandırılırlar.

Xəbər 832 dəfə oxundu.