Kosta Rika yığmasının heyəti açıqlanıb
Kosta Rika yığmasının heyəti açıqlanıb. Baş məşqçi Jorge Luis Pinto DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Meksika ilə keçirəcəkləri oyun üçün 21 futbolçuya dəvət göndərib.
Kolumbiyalı mütəxəssis “Bakı”nın futbolçusu Uinston Parksa dəvət göndərməyib. O, paytaxt klubunun forvardına Meksika matçında ehtiyac duymayıb.
Əvəzində “Xəzər Lənkəran”ın sabiq üzvü Randall Brenes yığmaya çağırılıb. Brenes hazırda Kosta Rikanın “Kartagines” klubunda çıxış edir.
Qeyd edək ki, yığmada keçirdiyi 30 oyunda 6 qola imza atan Parks sonuncu dəfə ötən ilin 15 noyabrında İspaniyaya qarşı oyunda milli formanı geyinib.

Xəbər 1107 dəfə oxundu.