“Rəvan”ın yeni baş məşqçisi Bəhmən Həsənov ilk qərarını verib
“Rəvan”ın yeni baş məşqçisi Bəhmən Həsənov ilk qərarını verib. Baş məşqçi bir futbolçunu komandadan kənarlaşdırıb.
Belə ki, Həsənov Sallieu Bundunun xidmətinə ehtiyac duymayıb. O, Cavad Gülərin vaxtında transfer olunan 28 yaşlı sierra-leoneli hücumçununun onun oyun sisteminə uyğun gəlmədiyini bildirib.
Qeyd edək ki, 1984-cü ildə Sierra Leonedə dünyaya gələn Sallieu Bundu 24 yaşında ABŞ-a yollanıb və həmin vaxtdan okeanın o tayında çıxış edib. 2008-ci ildə “Klivilend Siti” (19 oyun, 8 qol), 2009-2011-də “Karolina Rail Havks” (30 oyun, 10 qol), 2011-də “Şarlotte Eagles” (icarə, 22 oyun, 7 qol) klublarında top qovub. Bu ilin əvvəlində 1-ci liqa klubu “Çarleston”a keçən Bundu 15 oyunda 1 qol vurub. Sallieu 2008-ci ildən sonra Sierra Leone yığmasına çağırılıb. O, milli komandanın formasını 4 dəfə geyinib.

Xəbər 1023 dəfə oxundu.