Nəsimi rayonunda “Gənclər həftəsi” çərçivəsində stolüstü tennis turniri keçirilib | |
Nəsimi rayonunda 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş stolüstü tennis turniri keçirilib. Yarış “Gənclər həftəsi” çərçivəsində Nəsimi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 240 saylı tam orta məktəbdə baş tutub. Maraqlı mübarizə şəraitində keçən yarışda Hədəf Liseyinin şagirdi İbrahim Rəhimzadə birinci yeri tutub. Muhamməd Məhəmmədəliyev (14 saylı tam orta məktəb) ikinci, İsmayıl Əsgərov (266 saylı tam orta məktəb) isə üçüncü yerlərə sahib olublar. Qaliblər diplom, medal və xatirə hədiyyələri ilə təltif ediliblər. |
|
Xəbər 593 dəfə oxundu. |
|
|