Cəbəllütariqdə keçirilən turnirin altıncı turunda şahmatçımız Günay Məmmədzadə məğlub olub | |
Cəbəllütariqdə kişilər və qadınlar arasında keçirilən “Gıbchess Battle of the sexes 2022” komanda turniri davam edir. Müxtəlif ölkələrin təmsilçilərin qatıldıqları yarışda Azərbaycanı Günay Məmmədzadə təmsil edir. Şahmatçımız 6-cı turda öz lövhəsində Avstriya təmsilçisi Bobbi Çengə məğlub olub. Bu mərhələdə qadınlardan ibarət komanda kişilərin yığmasına 3,5:6,5 hesabı ilə məğlub olub. Ötən turların nəticəsinə görə, kişilərdən ibarət yığma komanda qadın şahmatçılarını 31:29 hesabla üstələyir. On turdan ibarət turnir fevralın 3-dək davam edəcək. |
|
Xəbər 510 dəfə oxundu. |
|
|