Londonda paralimpiyaçılarımıza dəstək
BP Azərbaycan - Gürcüstan və Türkiyə şirkətinin prezidenti Rəşid Cavanşir London Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq millimizlə görüşüb. Olimpiya şəhərciyində idmançılarla söhbət edən şirkət rəhbəri bunu həyatında ən gözəl anlardan biri olduğunu və bu görüşü çox səbirsizliklə gözlədiyini bildirib.

Paralimpiyaçılarımızın məişət şəraiti ilə maraqlanan qonaq onlarla nahar edərək, çətin sınaqda yüksək nəticələr qazanmalarını arzulayıb.

Səmimi keçən görüşdə idmançılar adından ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, məşqçilər adından isə əməkdar məşqçi Əhməddin Rəcəbli çıxış ediblər. Yığmamıza bir daha uğurlar arzulayan Rəşid Cavanşir oyunların açılış mərasimində və avqustun 30-31-də keçirilən yarışlarda atletlərimizi dəstəkləyəcəyini bildirib.

Görüşdə Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Afiq Süleymanov iştirak edib.

Xəbər 817 dəfə oxundu.