“İnter” Tiflis "Dinamo"su ilə qarşılaşacaq
DÇ-2014-ün seçmə mərhələsinin oyunları ilə əlaqədar Azərbaycan çempionatında 3 həftəlik fasilə yaranıb. İdman.com.az saytının məlumatına görə, bundan səmərəli istifadə etməyi planlaşdıran “İnter” Gürcüstan yollanacaq.

Belə ki, komanda avqustun 29-u paytaxt Tiflisə gedərək, orada təlim-məşq toplanışı keçirəcək. “İnter” hazırlığa 1 gün sonra başlayacaq və sentyabrın 9-na kimi davam edəcək. Kaxaber Sxdadzenin yetirmələri qonşu ölkənin paytaxtında “Bomond Garden” otelində məskunlaşacaq.

Gürcüstan toplanışı çərçivəsində “İnter” 2 yoxlama görüşündə qüvvəsini sınayacaq. İlk oyun sentyabrın 4-ü baş tutacaq, lakin komandanın bu matçdakı rəqibinin adı hələ məlum deyil, sentyabrın 8-i isə “İnter” Tiflisin "Dinamo" klubu ilə qarşılaşacaq.

Xəbər 1046 dəfə oxundu.