“Əsas odur ki, arzuolunan nəticəni əldə etdik”
“Bizə qələbə lazım idi. Bu barədə oyundan əvvəl baş məşqçimiz Kaxaber Sxadadze də bildirmişdi”. İdman.com.az saytının məlumatına görə, bunu “İnter”in futbolçusu Brüs Abdullaye deyib. Konqolu müdafiəçi klubunun rəsmi saytına açıqlamasında Premyer Liqanın 4-cü turunda “Turan”a 3:2 hesablı qalib gəldikləri oyunu şərh edib:

“Çempionatdakı uğursuz startdan sonra məşqçi bizimlə söhbətdə dedi ki, biz yaxşı komandayıq və bunu meydanda sübut etməliyik. Onun sözləri oyunçulara əlavə motivasiya verib və vacib 3 xalı əldə etdik. Etiraf edim ki, Tovuzdakı meydanda oynamaq çox çətin idi, bundan əlavə rəqib də bizə çox problem yaratdı. Amma əsas odur ki, komandamız arzuolunan nəticəni əldə edə bildi”.

Xəbər 1251 dəfə oxundu.