İrlandiya yığmasının heyəti açıqlayıb
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilə 2 yoxlama oyunu keçirəcək İrlandiya yığmasının heyəti açıqlayıb. Avqustun 28-də və 30-da baş tutacaq oyunlara 19 futbolçu çağırılıb. Baş məşqçi Tom Mohan əsasən İngiltərədə çıxış edən oyunçulara üstünlük verib. Belə ki, heyətdə bu ölkədə çıxış edən 13 futbolçu yer alıb. Onlar arasında məşhur “Liverpul”un da üzvləri var: Peter Burk (“Sanderlend”), Harri Doherti (“Çarlton”), Rayan Rayne (“Bonagi”), Noe Baba (“Kastlebar Seltik”), Dan Kleari (“Liverpul”), Robin Dempsi (“Aston Villa”), Kevin Toner (“Aston Villa”), Bobbi Moseli (“Birmingem”), Kreyq Donnellan (“Kollec Korintians”), Konnor Dimayo (“Şeffild Yunayted”), Cek Birn (“Mançester Siti”), Cordan Toland (“Svilli Rovers”), Val Fini (“Atlon Taun”), Din Ohalloran (“Fulhem”), Aleks Ohanlon (“Liverpul”), Eoqan Stokes (“Lids”), Stefen Konfi (“Sent Kevins Boys”), Kori Qalvin (“İpsviç”), Cek Mulreyn (“Nottingem Forest”).

Xəbər 1070 dəfə oxundu.