17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Təbriz Həsənov qarşıdakı yoxlama oyunlarına çağıracağı heyəti müəyyənləşdirib. Çalışdırıcı İrlandiya ilə yoxlama oyunlarına 20 futbolçu çağırıb. Bunlar Əli Həsənli (“Qəbələ”), Fəhmin Muradbəyli (“Neftçi”), Pərviz Qaraxanov (“Neftçi”), Budaq Nəsirov (“Turan”), Ülvi İbazadə (“İnter”), Mansur Nəhavəndi (“İnter”), Roman Məmmədov (“İnter”), Yusup Hakimov (“Bakı”), Təyyar Məmmədov (“Bakı”), Mahir Mədətov (“Bakı”), İlyas Səfərzadə (“Xəzər Lənkəran”), Elnur Cəfərov (“Xəzər Lənkəran”), Ağaseyid Qasımov (“Qarabağ”), Mirkamil Haşimli (“Fənərbağça” (Türkiyə), Roman Əliyev (Krasnodar akademiyası, Rusiya), Rəhim Sadıxov (“Spartak”, Moskva, Rusiya), Müslim Zararsız (“Vehen Viesbaden”, Almaniya), Qazıməhəmməd Qurbanov (“Anji”, Rusiya), Ehtiram Şahverdiyev (“Qəbələ”) və Sərcan Dəmirdir (“Frankfurt”, Almaniya).

Qeyd edək ki, İrlandiya ilə yoxlama oyunları avqustun 28-də və 30-da keçiriləcək.
affa.az

Xəbər 921 dəfə oxundu.