“Yaxşı oynadığımızı deyə bilərəm”
"Bizim üçün çox vacib qələbə oldu. Birinci hissədə ilk beş dəqiqəni nəzərə almasaq, yaxşı oynadığımızı deyə bilərəm”. İdman.com.az saytının məlumatına görə, bu sözü "Bakı" klubunun baş məşqçisi Bojidar Bandoviç deyib. Serbiyalı mütəxəssis Azərbaycan Premyer liqasının IV turunun “Kəpəz”lə oyunundakı 3:1 hesablı qələbəyə şərh verib:

"Kəpəz" qırmızı vərəqə aldıqdan sonra çoxlu qol epizodlarımız oldu. İkinci hissədə qol buraxdığımız ana qədər yaxşı təsir bağışlayırdıq. Rəqibin qolundan sonra oyuna nəzarəti itirdik. "Kəpəz"in də bir neçə qol imkanı oldu. Təkcə qələbəyə görə yox, oyunçularımı yaxşı mübarizə apardıqlarına görə də təbrik edirəm".

Xəbər 1047 dəfə oxundu.