“Bakı” və “Qəbələ”dən qələbə
Bu gün Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub. İdman.com.az saytının məlumatına görə, 2 oyunu qeyri-müəyyən vaxta təxirə salınan 4 matçlıq turun 3-cü günü 2 görüş baş tutub.

Ötən tur böyükhesablı məğlubiyyət alan komandalar Qəbələdə üz-üzə gəlib. Mövsümə yaxşı başlayıb, yalnız ötən tur büdrəyən “Qəbələ” və “Sumqayıt”ın oyununda da darmadağın qeydə alınıb. Hesabı sumqayıtlılar açsa da, Qəbələ təmsilçisi əzmkar qələbə qazanaraq rəqibinin ardıcıl 2-ci darmadağınını rəsmiləşdirib.

Qələbəyə həsrət “Bakı” xal üzü görməyən “Kəpəz”i qəbul edib. İlk yarıda hesabı açan meydan sahibləri fasilədən sonra da inamlı oynayaraq mövsümdə ilk qələbəsini qazanıb.

Qeyd edək ki, milli komandaların oyunları ilə bağlı ölkə çempionatında fasilə yaranacağından növbəti tur sentyabrın 14-də başlayacaq.

Premyer Liqa. IV tur
26 avqust

“Qəbələ” – “Sumqayıt” - 4:1
Qol: Bruno da Silva, 32, Umar Kalabane, 54, 74, Rəşad Abdullayev, 56 - Ruslan Qurbanov, 18
Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Azər Əsgərov, Əliyar Ağayev
Qəbələ. Şəhər stadionu

“Bakı” – “Kəpəz” - 3:1
Qol: Nurlan Novruzov, 19, Evangelos Mantzios, 48, 78 - Yuri Fomenko, 55 (p.)
Hakimlər: Elvin Əsgərov, İlham Əliyev, Knyaz Əmiraslanov, Anar Salmanov
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu

Xəbər 1012 dəfə oxundu.