Cavid Hüseynov Türkiyə fərqləndi
Azərbaycan yığmasının futbolçusu Cavid Hüseynov Türkiyə çempionatında debüt edib. İdman.com.az saytının məlumatına görə, yarımmüdafiəçi PTT 1-ci Liqanın ilk turunda meydana çıxıb. “Adana Dəmirspor” klubunun şərəfini qoruyan həmyerlimiz “Boluspor”la səfər matçının iştirakçısı olub. O, 0:0 hesabı ilə başa çatan qarşılaşmaya start “11-liy”ində çıxıb. Matçın 86-cı dəqiqəsində əvəzlənən yarımmüdafiəçinin oyunu Türkiyə mətbuatı tərəfindən 5 qiyməti ilə dəyərləndirilib.

Xəbər 1179 dəfə oxundu.