Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında birinci dövrənin növbəti oyunları keçiriləcək | |
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında birinci dövrənin növbəti oyunları keçiriləcək. Üçüncü tur çərçivəsində ilk olaraq meydana “Azərreyl” və “Murov” komandaları çıxacaqlar. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan 2 saat sonra UNEC – “Abşeron” duelinə start veriləcək. Hər 2 görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq. Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq. |
|
Xəbər 366 dəfə oxundu. |
|
|