"Rəvan" da baş məşqçi dəyişikliyi
Mövsümdə növbəti baş məşqçi istefası gerçəkləşib. İdman.com.az saytının məlumatına görə, ilk "altılığ"a düşmək iddiası ilə başlayan "Rəvan" hədəflərindən bir qədər uzaqlaşdığı üçün baş məşqçisi Cavad Gülərlə yollarını ayırmağa qərar verib. Buna isə komandanın ilk 4 turdakı nəticələri səbəb olub. Hazırda cəmi 3 xalı olan komanda çıxış yolunu baş məşqçi dəyişikliyində görüb.

Belə ki, dünən "Qarabağ"la oyunda heç-heçə edərək itirilən xallarının sayını 9-a çatdıran bakılılar yayda müqavilə bağladıqları türkiyəlini istefaya göndərib. Onun postuna isə Bəhmən Həsənov gətirilib. Baş məşqçi postuna bir neçə dəfə gəlib-gedən yerli mütəxəssis yenidən klubun sükanı arxasında duracaq. Gülərə qədər də bu postu tutan çalışdırıcı türkiyəlinin gəlişindən sonra köməkçi işləyirdi. Artıq o, baş məşqçi kimi təsdiqlənib.

Beləliklə, cari mövsümdəki məşqçi istefalarının sayı 2-yə çatdı. Gülərə kimi "Kəpəz" Fuad İsmayılovu Mahmud Qurbanovla əvəzləmişdi.

Xəbər 2577 dəfə oxundu.