O olmasın, bu olsun
«Roma» yarımmüdafiəçisi Daniele De Rossini «Mançester Siti»yə satmaq istəməyib. İngilislər İtaliya yığmasının üzvü üçün qarşı tərəfə 40 milyon avro təklif edirdilər. Məlum olub ki, danışıqların kəsilməsinin təşəbbüskarı futbolçunun özü olub. De Rossi 17 yaşından romalıların formasını geyinir. İngilislər onun özünə uzun müddətli müqavilə əsasında hər ilinə 9 milyon avro ödəməyə söz veriblər.

«Roma»dan əllərini üzən «şəhərlilər» «Çelsi»yə üz tutublar. Zədəli müdafiəçi Mik Riçardsa əvəz axtaran mançesterlilər londonlulara David Luis üçün 30 milyon funt təklif ediblər. Çərşənbə günü futbolçunun «Çelsi» ilə «Redinq»in matçına çıxmaması diz zədəsi ilə əlaqələndirilsə də, braziliyalının matça gəlməməsinin əsl səbəbinin «Siti» ilə danışıqlarla əlaqəli olması güman edilir.

İdman.com.az saytı xəbər verir ki, 25 yaşlı Luis «Çelsi»yə ötən ilin qışında «Benfika»dan 21 milyon funt müqabilində keçmişdi.

Xəbər 965 dəfə oxundu.