Almeyda gedir
«Beşikdaş»ın «İstanbul Böyükşəhər Bələdiyəspor»la oynadığı matçda zədələnən və 2 həftə meydandan uzaq qalacağı açıqlanan Almeyda komandadan ayrılmaq üçün icazə istəyib. İdman.com.az saytının məlumatına görə, baş məşqçi Səməd Aybaba daha öncə müsahibəsində portuqaliyalını mütləq komandada saxlamaq istədiyi desə də, futbolçu özü rəhbərliklə bir görüş keçirib «ağ-qaralar»da xoşbəxt olmadığını deyib.

Almeydanın ayrılıq qərarını verməsinə əsas səbəb həyat yoldaşının və uşaqlarının İstanbula alışa bilməməsidi. Keçən mövsümün qış fasiləsində də eyni səbəblə rəhbərliyin qapısını döymüş, lakin klub tapa bilməməsi səbəbiylə mövsümü «Beşikdaş»da tamamlayan portuqaliyalı futbolçu üçün indi Səməd Aybabadan satılmağa razılıq gəlib.

Xəbər 995 dəfə oxundu.