Rail Məlikov karyerasını Türkiyənin “Dənizlispor” klubunda davam etdirəcək
“Neftçi”nin sabiq kapitanı Rail Məlikov karyerasını Türkiyənin “Dənizlispor” klubunda davam etdirəcək.Bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumatda bildirilir ki, “Neftçi”dən kənarlaşdırılan futbolçu ilə razılıq əldə olunub. O, gələn həftə Dənizliyə yollanaraq, rəsmi müqaviləyə imza atacaq. Xəbəri “Dənizlispor”un prezidenti Süleyman Urkay da təsdiqləyib.
Qeyd edək ki, Rail bir neçə gündü “Qarabağ”ın düşərgəsində məşq edir. Onun Ağdam klubuna keçmək ehtimalı da var.

Xəbər 913 dəfə oxundu.