Dimitris Sialmasla müqavilə bağlayan “Xəzər Lənkəran”ın düşərgəsinə daha bir futbolçu gəlib
Yunanıstanın AEK klubunun hücumçusu Dimitris Sialmasla müqavilə bağlayan “Xəzər Lənkəran”ın düşərgəsinə daha bir futbolçu gəlib. Lənkəran klubu yenidən Yunanıstana üz tutub.
Belə ki, “Xəzər Lənkəran”ın düşərgəsinə Yunanıstanın “PAS Giannina” klubunda çıxış edən barziliyalı futbolçu gəlib. Bu, sol cinah müdafiəçisi Vanderson Skardovellidi. 27 yaşlı futbolçu ilə müqavilə bağlanacaq.
Qeyd edək ki, Vanderson Skardovelli 2004-2007-ci illərdə Braziliyanın “Korintians” klubuna məxsus olsa da, icarə əsasında “İtuano” (2006, 5 oyun, 1 qol) və “San Bento” (2007, 12 oyun, 1 qol) klublarında çıxış edib. 2007-ci ildə Braziliyanın “Kampo Qrande” klubuna keçən futbolçu 2007-də icarə əsasında İTaliyanın “Siena”, 2008-də “Martina” (11 oyun), 2008-2009-da “Treviso” (5 oyun) klublarında forma geyinib.
Skardovelli 2009-cu ildə Yunanıstana üz tutaraq “PAS Giannina” ilə müqavilə bağlayıb. 3 ildə o, bu komandada 74 oyun keçirərək 2 qol vurub. Vanderson son mövsümdə “PAS Giannina”nın kapitanı olub.

Xəbər 943 dəfə oxundu.