Azərbaycanda iki klub yaradılıb
Azərbaycanda iki klub yaradılıb. “Ağsu” və “Qala” adlı klublar yeni mövsümdə I divizionda çıxış edəcək.
Onlar artıq bununla bağlı Peşəkar Futbol Liqasına müraciət ediblər və yeni mövsümün püşkatma mərasiminə qatılacaqlar. Bu iki klubla yanaşı, Astarada “Sərhədçi” adlı klubun da yaradıldığı bildirilirdi. Lakin I divizionda iştirak edəcək klubların siyahısında cənub təmsilçisinin adı yoxdu.

Xəbər 968 dəfə oxundu.