Li Qinq güvənəcəyi 21 oyunçunun adını müəyyənləşdirib
Qadın voleybolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqibi Avstriya yığması heyətini açıqlayıb. Komandanın baş məşqçisi Li Qinq güvənəcəyi 21 oyunçunun adını müəyyənləşdirib.

O, Azərbaycan, Finlandiya və Belarusla matçlarda Katarina Almer, Mariya Bajde, Stefanye Daxböc, Ursila Ehrhart, Sabrina Enzinger, Viktoriya Fink, Yuliya Hödl, Tamina Huber, Samira Yankovski, Sonya Katz, Hua Li Ma, Srna Markoviç, Sabrina Müller, Katrin Nussmüller, Dianna Ojo, Yuliya Radl, Korelina Rimser, Lisa Şmirl, Dinka Taletoviç, Valeriya Teufl və Sofye Vallnerin xidmətindən istifadə edəcək.

Seçmə mərhələnin I dövrəsi Finlandiyada, II dövrəsi Azərbaycanda keçiriləcək.

Xəbər 1116 dəfə oxundu.