“Neftçi”nin Avroliqanın son təsnifat mərhələsində Kiprin APOEL klubu ilə ilk oyunu tarixə düşüb
“Neftçi”nin Avroliqanın son təsnifat mərhələsində Kiprin APOEL klubu ilə ilk oyunu tarixə düşüb. “Ağ-qaralar” bu adlı turnirdə debüt edib. Bununla da bakılılar Avropada 4-cü dəfə siftə edib. Çünki “Neftçi” bunadək avrokuboklarda 3 turnirdə - Kuboklar Kuboku, UEFA kuboku və Çempionlar Liqasında oynayıb. Əslində, UEFA kuboku Avroliqanın sələfidir və 2009-cu ildən bu adı daşıyır.

Maraqlıdır ki, “Neftçi” nəinki artıq tarixə qovuşan Kuboklar Kubokunda, ümumiyyətlə, avrokuboklarda debütünü məhz APOEL-lə keçirib. Onda – 1995-ci ildə Kiprdə keçirilən oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə nəticələnib. Paytaxt klubu 1 il sonra UEFA kubokunda debüt edərək, evdə Sofiya “Lokomotiv”i üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb. Özü də bu, klublarımızın avrokuboklarda ilk qələbəsi kimi tarixə düşüb.

Növbəti il isə “Neftçi” Çempionlar Liqasında (ÇL) siftə edərək, burada ölkəmizin debütünü reallaşdırıb. Yenə ev oyunumuz Tofiq Bəhramov adına Respublika stadionunda olsa da, Polşanın “Vidzev” klubuna 0:2 hesabı ilə uduzmuşuq. Göründüyü kimi, bakılılar APOEL-lə yenə heç-heçə (bu dəfə 1:1) edərək, debütündə sülh bağlayıb.

Qeyd edək ki, “Neftçi” cari mövsümdə mübarizəyə ÇL-də başlayaraq, Gürcüstan “Zestafoni”sini keçəndən sonra İsrail “Hapoel”inə uduzdu. Qaydaya görə, bu turnirdə III mərhələyə yüksələn komandalar mübarizəni dayandırarlarsa, Avroliqada oynamaq hüququ qazanır.

Xəbər 983 dəfə oxundu.