“Neftçi” - APOEL oyunu qayda pozuntuları ilə zəngin olub
Avropa Liqasının IV təsnifat mərhələsində keçirilən “Neftçi” - APOEL oyunu qayda pozuntuları ilə zəngin olub. Azərbaycan və Kipr təmsilçilərinin qarşılaşmasında 90 dəqiqəyə 28 dəfə hakim oyunu qayda pozuntusu üzündən saxlamalı olub. 1:1 hesabı ilə başa çatan oyunda rəqib qapısına zərbələrdə “Neftçi” aşkar üstünlüyə malik olub. Lakin çərçivəyə düşən 10 zərbədən yalnız 1-i qolla nəticələnib.

Neftçi APOEL
1 Qollar 1
10 Qapıya zərbələr 3
3 Qeyri-dəqiq zərbələr 0
13 Zərbələr 3
3 Künc zərbələri 5
5 Oyundankənar vəziyyət 6
13 Qayda pozuntuları 15
3 Sarı vərəqələr 2
0 Qırmızı vərəqələr 0

Xəbər 1153 dəfə oxundu.