Fransada keçiriləcək ikinci Avtoidman Oyunlarının proqramına 18 müxtəlif yürüş seriyası daxil ediləcək | |
Gələn ilin payızında Fransada ikinci Avtoidman Oyunları keçiriləcək. Oyunların proqramına 18 müxtəlif yürüş seriyası daxil ediləcək. Oyunların əvvəlcə 2020-ci il oktyabrın 23-dən 25-dək Marsel şəhərindəki Pol-Rikar trasında keçirilməsi nəzərdə tutulsa da, həmin vaxt yarış koronavirus pandemiyasına görə təxirə salınmışdı. İlk Avtoidman Oyunlarına 2019-cu ilin noyabrında İtaliya ev sahibliyi edib. Romanın yaxınlığındakı Vallelunqa trasında baş tutan yarışlarda Rusiya komanda hesabında birinci olub. |
|
Xəbər 461 dəfə oxundu. |
|
|