Qadın həndbolçulardan ibarət Norveç yığması dünya çempionatının qalibi olub
Qadın həndbolçulardan ibarət Norveç yığması dünya çempionatının qalibi olub.

İspaniyada təşkil olunan çempionatın finalında Norveç millisi Fransanı 29:22 hesabı ilə məğlub edib.

Bununla da Norveç millisi dördqat dünya çempionu olub. Daha əvvəl Norveç millisi dünya çempionluğunu 1999-cu, 2011-ci və 2015-ci illərdə qazanıb.

Üçüncü yeri isə İspaniya üzərində 35:28 hesablı qələbə qazanan Danimarka yığması tutub.

Qeyd edək ki, Norveç millisi həm də ikiqat Olimpiya və səkkizqat Avropa çempionudur.

Xəbər 349 dəfə oxundu.