“Neftçi” bu gün Avroliqanın IV təsnifat mərhələsində ilk oyununu keçirəcək
“Neftçi” bu gün Avroliqanın IV təsnifat mərhələsində ilk oyununu keçirəcək. Çempionlar Liqasında (ÇL) çıxışını dayandırdıqdan sonra Avropanın 2-ci klub turnirinə yollanan baklılar güclü rəqiblərdən olan Kipr təmsilçisi APOEL-lə sınağa çıxacaq.

İlk oyununu evdə keçirən çempion hələlik uduzmadığı “Dalğa Arena”da meydana çıxacaq. Belə ki, “Neftçi” ÇL-də bu stadionda keçirdiyi oyunlarda Gürcüstan “Zestafoni”sinə böyük hesabla qalib gəlib (3:0), İsrail “Hapoel”i ilə 2:2 hesablı heç-heçə edib. Paytaxt klubu düşərli məkanda yenə məğlub olmazsa, kiprlilərlə avqustun 30-da keçiriləcək səfərdəki cavab oyununa şansını saxlamaqla yollanacaq.

Avroliqa, IV təsnifat mərhələsi
İlk oyun

21:00. “Neftçi” (AZƏRBAYCAN) – APOEL (KİPR)
Baş hakim: Robert Malek
Bakı. “Dalğa Arena” stadionu

Xəbər 923 dəfə oxundu.