Bu gün Tovuzda Qərb Regional Futbol Federasiyasının Konfransı keçirilib
Bu gün Tovuzda Qərb Regional Futbol Federasiyasının Konfransı keçirilib. Gündəlikdə duran məsələlər qurumun prezidentinin ötən 4 il zərində görülən işlərlə bağlı hesabatı və yeni prezident seçkisi olub.

Birinci məsələ ilə əlaqədar federasiya prezidenti Zahid Əsgərovun hesabatı dinlənilib. Konfrans onun başçılıq etdiyi qurumun son 4 ildə işini qeyri-qənaətbəxş dəyərləndirib.

İkinci məsələ ilə bağlı keçirilən səsvermədə prezident postuna 2 namizəd olub.

Belə ki, Əsgərovun seçkidə rəqibi olan “Göyəzən” klubunun vitse-prezidenti Mehdi Salmanovun namizədliyi irəli sürülüb. Konfrans iştirakçıları Salmanova 7, Əsgərova 3 səs verib. Bununla da I divizion təmsilçisinin rəsmisi federasiyanın yeni prezidenti, Abbas Fərzəliyev isə vitse-prezident vəzifəsinə seçilib.

Xəbər 869 dəfə oxundu.