“Mançester Yunayted” transferə doymur
“Mançester Yunayted” transferə doymur. Bu yay Şinji Kaqava, Robin van Persi və Aleksandr Büttneri heyətinə qatan İngiltərə klubu daha iki transferi reallaşdırıb.
Mançester təmsilçisi “Universidad de Chile”nin 18 yaşlı istedadlı futbolçusu Angelo Henrikesin keçidini rəsmiləşdirib. Klubun yaydığı rəsmi açıqlamada bildirilir ki, “Universidad de Chile”nin çərşənbə günü “Santos”la oynayacağı “Copa Libertadores” matçı Henrikues üçün bu komandada son oyun olacaq və bundan dərhal sonra Mançesterə gələrək rəsmi müqavilə imzalayacaq.

Xəbər 900 dəfə oxundu.