Klublar arasında Avropa Liqası yarışında 3 cüdoçumuz iştirak edəcək
Dekabrın 11-də Çexiyada cüdo üzrə klublar arasında Avropa Liqası yarışı start götürəcək.

Turnirə Azərbaycan milli komandasının üç üzvü qatılacaq. Belə ki, Hidayət Heydərov (73 kq) Rusiyanın “Lokomotiv”, Zelim Tçkayev (81 kq) “Sorbis”, Zaur Dünyamalıyev (90 kq) Ukraynanın “Jc Spartakivets” klublarının heyətlərində çıxış edəcəklər.

Yarışda ümumilikdə 14 klub mübarizə aparacaq. Turnir bir gün davam edəcək.

Xəbər 379 dəfə oxundu.