Cüdoçularımız Avropa Çempionlar Liqasında mübarizə aparacaqlar
Dekabrın 11-də Parisdə cüdo üzrə klublar arasında Avropa Çempionlar Liqası start götürəcək.

Yarışda Azərbaycan milli komandasının dörd cüdoçusu mübarizə aparacaq. Belə ki, Orxan Səfərov (66 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) Yunanıstanın “Aris”, Rüstəm Orucov (73 kq) isə Serbiyanın “Red Star” klubunda çıxış edəcəklər.

Yarışda ümumilikdə 15 klub mübarizə aparacaq. Turnir bir gün davam edəcək.

Xəbər 296 dəfə oxundu.