“Xəzər Lənkəran” “Simurq”la matçın hazırlıqlarına başlayıb
“Xəzər Lənkəran” “Simurq”la matçın hazırlıqlarına başlayıb. “İnter”lə qarşılaşmadan sonra bir gün istirahət edən Lənkəran klubu dünən Bakıda bir araya gəlib.
Dövlət Yol Polisinin stadionunda məşqə çıxan komanda bununla da “Simurq”la oyunun hazırlıqlarına start verib. Yunanıstanın AEK klubundan gələn yunan hücumçu Dimitris Sialmas da məşqə qatılıb.

Xəbər 1007 dəfə oxundu.