Azərbaycanın U-19 komandası Türkiyə, Bolqarıstan və Lüksemburq yığmaları ilə qarşılaşacaq
Bu gün 19 yaşadək futbolçulardan ibarət komandalar arasında final mərhələsi 2023-cü ildə Maltada təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, püşkün nəticəsinə əsasən, yığmamız Türkiyə, Bolqarıstan və Lüksemburq komandaları ilə ikinci qrupda mübarizə aparacaq.

Qrup mərhələsinin oyunları gələn ilin sentyabr ayında Bolqarıstanda təşkil olunacaq.

Xəbər 1043 dəfə oxundu.