Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi beynəlxalq oyuna təyinat alıb | |
Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Azərbaycan Voleybol Federasiyası (AFV) Regional İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərilib. N.İsmayılova dekabrın 8-də Serbiyanın paytaxtı Belqradda qadınlar arasında keçiriləcək Çempionlar Liqasının E qrupu çərçivəsində yerli “ZOK UB” və “Çemik” (Polşa) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək. Qeyd edək ki, görüşün hakimləri rusiyalı Makşanov Evgeny və bolqarıstanlı Yovçev Konstantin olacaqlar. |
|
Xəbər 381 dəfə oxundu. |
|
|