“Əsas üstünlüyümüz komanda halında güclü olmağımızdır”
“Çoxları deyir ki, “Neftçi” ilə görüş asan olacaq. Amma fikrimcə, biz rəqibə hörmət edib, öz oyunumuzu göstərməliyik”. İdman.com.az saytının xəbərinə görə, bu sözü APOEL-ə yeni transfer olunan futbolçu Mario Budumir deyib.

Klubun rəsmi saytına açıqlama verən xorvatiyalı hücumçu Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionu “Neftçi” ilə keçirəcəklri oyunlar haqda danışıb:

“Bizim əsas üstünlüyümüz komanda halında güclü olmağımızdır. “Neftçi”yə uduzmaq üçün heç bir əsas yoxdur. Buna görə də hesab edirəm ki, rəqibi məğlub edib, mərhələ adlamaq mümkün olacaq”.

Qeyd edək ki, “Neftçi” və APOEL arasında ilk oyun avqustun 23-də Bakıda, cavab matçı bir həftə sonra Nikosiyada baş tutacaq.

Xəbər 1049 dəfə oxundu.