Rəşad Sadıqov “Qarabağ”ın necənci qolu vurub? | |
Rəşad Sadıqov “Qarabağ”ın tarixinə düşüb. İdman.com.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, 30 yaşlı müdafiəçinin Premyer Liqanın III turunun “Sumqayıt”la oyununda vurduğu qol klub tarixinə çempionatlardakı 800-cü qol kimi düşüb. Bu matçadək ağdamlılar 798 dəfə rəqib qapılarına yol tapmışdı. Rəşad 6:1 hesabı ilə başa çatan görüşün 21-ci dəqiqəsində penaltidən komandasının ikinci qolunu vurmaqla 800-cü qolun müəllifi olub. Bu qol komandanın ölkə çempionatlarındakı 560-cı matçında vurulub. “Qarabağ” “Neftçi” və “Kəpəz”dən sonra 800 qol səddini arxada qoyan 3-cü komanda olub. |
|
Xəbər 1659 dəfə oxundu. |
|
|