FİLA başçısı bu gün Bakıya gəlir
Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinetti bu axşam Bakıya gələcək. İdman.com.az saytının məlumatına görə, FİLA rəhbərinin səfərində məqsəd Bakıdakı yeniyetmələr arasında dünya birinciliyində iştirak etməkdir.

12 illik fasilədən sonra baş tutacaq çempionat avqustun 21-27-də olacaq. Bu barədə qərar isə, ötən il İstanbulda keçirilmiş planetin ən güclülərinin yarışının gedişatında verilib. London olimpiadasından qısa zaman sonra növbəti mötəbər tədbirin təşkilini FİLA hər dövlətə etibar etməyib.

Yarışın açılış mərasimini canlı izləyəcək Martinettinin Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmiləri ilə görüşü də nəzərdə tutulub. Lakin qurum rəhbəri turnirlərin təqviminin çox olması səbəbindən dünya birinciliyinin sonuna kimi Azərbaycanda qalmayacaq.


Xəbər 1013 dəfə oxundu.