“Uğuru özümüz qazanmalıyıq”
“İnter”in baş məşqçisi Kaxaber Sxadadze Premyer liqanın III turunda “Xəzər Lənkəran”la ev oyunundan sonra mətbuat konfransında danışıb. İdman.com.az saytının məlumatına görə, gürcüstanlı çalışdırıcı futbolçulara hansısa iradı olmadığını bildirib:

“Komandamız daha üstün oynasa da, qalib gələ bilmədik. Uğuru özümüz qazanmalıyıq. Yaxşı oynamağımız müsbət cəhətdir. Futbolçular son zərbə üzərində çalışmalıdır. Bu cür oynamağa davam etsək uğur əldə edəcəyik”.

Qeyd edək ki, bu klublar arasında görüş qolsuz heç-heçə bitib - 0:0.

Xəbər 888 dəfə oxundu.