“Qarabağ”dan darmadağın, “İnter” yenə qələbəyə həsrət qaldı
Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura iki oyunla yekun vuruluç. İdman.com.az saytının məlumatına görə, günün ən maraqla gözlənilən oyunu Bakıda “İnter”lə “Xəzər Lənkəran” arasında olub.

Son iki turda bir qələbə belə qazana bilməyən “İnter” bu uğursuzluğuna “Xəzər Lənkəran”la oyunda son qoymaq istəyib. Cənub təmsilçisi isə əksinə, 3 xal əldə etməklə liderlər qrupuna yüksəlmək əzmində idi. Amma tərəflərin səyinə baxmayaraq, matç qolsuz barabərliklə bitib.

Turun digər oyunu “Sumqayıt”la “Qarabağ” arasında keçirilib. Ötən mövsüm Ağdam klubundan iki oyunda 4 xal alması ilə diqqət çəkən “Sumqayıt”ın bu gün “Qarabağ”a nə cür müqavimət göstərəcəyi maraq doğururdu. Lakin Ağdam təmsilçisi bu dəfə rəqibini nəinki məğlub etməyi bacarıb, ötən mövsümdə itirdiy 5 xalın heyfini 6 qolla çıxıb.

Premyer Liqa, III tur
19 avqust (bazar)

18:00. “Sumqayıt” – “Qarabağ” - 1:6
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qol: Riçard Almeyda, 13 (0:1), Rəşad Sadıqov, 19-pen. (0:2), Vüqar Nadirov, 62 (0:3), Riçard Almeyda, 64 (0:4), Sabir Allahquliyev, 75 (1:4), İlqar Qurbanov, 85 (1:5), Namiq Yusifov, 90+1 (1:6)

20:30. “İnter” – “Xəzər Lənkəran” - 0:0
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Xaqani Məmmədov
AzAL Arena stadionu

Xəbər 958 dəfə oxundu.