““Neftçi” bizim üçün tanış rəqib deyil”
Kiprin APOEL klubunun mətbuat xidmətinin rəhbəri Panikos Hatsiliakis Avropa Liqasının pley-off mərhələsində “Neftçi” klubu ilə qarşılaşacaqları oyun barədə fikrini açıqlayıb. İdman.com.az saytının məlumatına görə, o, Bakı komandası barədə bunları deyib:

“Neftçi” bizim üçün tanış rəqib deyil. Bu üzdən də onlar haqda mümkün qədər çox informasiya toplamağa çalışırıq. Bakıdakı oyunun öz çətinlikləri olacaq. Süni örtük, hava şəraiti və sair. Bu üzdən də bizə xüsusi hazırlaşmaq lazımdı. Bizim hədəfimiz “Neftçi”ni keçmək və Avropa Liqasının qrup mərhələsinə düşməkdi. Favorit olduğumuzu meydanda sübut etməliyik.

Çünki qələbə qazana bilməsək, mərhələni keçən heç də biz olmayacağıq. Bir neçə gün sonra səfərə yollanacağıq və hazırlıqlarımızı orda davam etdirəcəyik. Futbolçularımızın süni örtüyə alışması vacib əhəmiyyət daşıyır. Təəssüf ki, hələlik Ayltonun hansı vəziyyətdə olacağı bəlli deyil. Tibbi personal braziliyalını sıraya qaytarmaq üçün hər şeyi edir və son qərarı da onlar verəcəklər”.

Xəbər 1217 dəfə oxundu.