Bojidar Bandoviç: “Hələ ki, çempionatın başlanğıcıdır”
“Nəticədən razı qalmadım, qalib gəlməli idik. Oyunda üstün tərəf idik, rəqiblə müqayisədə çox qol imkanı yaratdıq. İkinci hissədə də eyni qaydada oynadıq, lakin ani diqqətsizlik qapımıza qolla nəticələndi”.

İdman.com.az-ın məlumatına görə, bu sözü dünən Azərbaycan Premyer Liqasının III turu çərçivəsində səfərdə “Rəvan”la 1:1 oynayan “Bakı”nın baş məşqçisi Bojidar Bandoviç deyib.

Çernoqoriyalı mütəxəssis komandasının oyunundan razı qaldığını da deyib: “Buna baxmayaraq, komanda sona kimi mübarizə aparıb hesabı bərabərləşdirə bildi.Əvvəlki oyunla müqayisədə daha yaxşı oynadığımızı düşünürəm, bu, hələ ki, çempionatın başlanğıcıdır. Qarşıda bizim çox oyunumuz var”.

Xəbər 1039 dəfə oxundu.