“Simurq”un yeni legionerləri debütdəcə fərləndilər
“Simurq” heyətini gücləndirməkdə davam edir. İdman.com.az saytının məlumatına görə, Zaqatala təmsilçisi daha 2 legioner futbolçunun keçidini həll edib. “Sarı-qaralar” serbiyalı Mario Boziç və xorvatiyalı Zdravko Popoviçlə mövsümün sonuna qədər rəsmi müqavilə bağlayıb.

Hər iki futbolçu komanda ilə məşqlərə qatılıb. Baş məşqçi Georgi Çixradze “Turan”la keçiriləcək qarşılaşmada onlara şans verib. 29 yaşlı yarımmüdafiəçi Mario 25 nömrəli, 28 yaşlı hücumçu Zdravko isə 10 nömrəli forma ilə mübarizə aparıb.

Maraqlıdır ki, adı çəkilən futbolçular “Simurq”un heyətində debütdəcə fərləniblər. Popoviç dubl edib, Boziç 90-cı dəqiqədə matçda son nöqtəni qoyub - 3:0.

Xəbər 2135 dəfə oxundu.