Bakıda batut gimnastikası üzrə dünya çempionatı davam edir
Bakıda batut gimnastikası üzrə dünya çempionatı davam edir.

Çempionatın üçüncü günündə kişi və qadın batutçular yarımfinal mərhələsində güclərini sınayacaqlar. Həmçinin kişilər və qadınlar arasında batut üzərində sinxron tullanış yarışlarında qaliblər müəyyənləşəcək. Finala vəsiqə qazanmış qadın tamblinqçilərin və kişilər arasında ikili minibatut üzrə yarışların da mükafatçıları bəlli olacaq.

Noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir.

Xəbər 316 dəfə oxundu.