Yeniyetmə oğlan sablyaçılarımız İstanbulda turnirində iştirak ediblər | |
Azərbaycanın yeniyetmə oğlan sablyaçıları İstanbulda keçirilən “Yıldızlar Kılıç Circuit” turnirində iştirak ediblər. Qılıncoynadanlarımız Ayxan Xasiyev, Nurlan Zeynallı və Murad Muradov qrup mərhələsini uğurla başa vuraraq pley-offa adlayıblar. Ən güclü 16 sablyaçı sırasına yüksəlməyi bacaran A.Xasıyev pley-offda keçirilən görüşlərdə Türkiyə və Yunanıstanı təmsil edən rəqiblərinə qalib gəlsə də səkkizdəbir finalda türkiyəli Enes Talha Kalenderə 6:15 hesabı ilə uduzub. M.Muradov pley-offda rumıniyalı Dacian Enaçeyə (4:15), Nurlan Zeynallı isə türkiyəli Alkim Öztürkə (13:15) məğlub olub. Qrupda 2 qələbəsi olan Abbas Hüseynov isə mübarizəni erkən başa vurub. Komanda yarışında Türkiyənin 5-ci komandasına 44:45 hesabı ilə uduzan A.Xasıyev, M.Muradov və N.Zeynallıdan ibarət seçmə kollektiv 9-10-cu yerlər uğrunda keçirilən görüşdə Danimarka komandasına 45:37 hesabı ilə qalib gəlib. |
|
Xəbər 330 dəfə oxundu. |
|
|